Seksual səhnə obrazı ilə seçilən açıqsözlü teleaparıcı və aktrisa Könül Yusifqızı sosial şəbəkədəki paylaşımı ilə gündəmə gəlib.7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, bir çox məşhurlar kimi karantin günlərini evdə keçirən K.Yusifqızı formada qalmaq üçün idman edir. Yerə uzanıb "körpü” və baş-ayaq hərəkətlərini ustalıqla yerinə yetirən aktrisa üstəlik, boks əlcəklərini taxaraq "qruşa” əvəzinə böyük oyuncaq ayıya zərbələr endirib.
Qeyd edək ki, teleaparıcı və aktrisa Könül Yusifqızı bu il baş tutan növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini irəli sürsə də, daha sonra bu istəyindən vaz keçib.
7News.Az








