RU
Azərbaycanlı müğənni: Həyatımda olan kişilərin sayını itirmişəm
13:24
5851

Azərbaycanlı müğənni: Həyatımda olan kişilərin sayını itirmişəm

“Sevgisiz yaşaya bilmərəm”.

Çox çətin sualdır... Dəqiq rəqəm deyə bilməyəcəyəm. Yəni sayını itirmişəm. Amma onu deyə bilərəm ki, ən uzun münasibətim 2 il olub. Amma sevginin nə olduğunu 3 dəfə hiss etmişəm.

7news.Az xəbər verir ki, bunu Lent.az-ın “Ulduzların idman saatı” layihəsində “Bu günə qədər həyatınızda neçə kişi olub?” sualını cavablandıran gənc müğənni Afaq Aslan bildirib.

Bir çox müğənnilərin sevgililəri onlara mal-mülk bağışlaması barədə sualı cavablandıran müğənni qeyd edib ki, keçmiş sevgilisindən ona ev və maşın qalıb:

“Bunu çəkinmədən deyirəm. Çünki mənim həyatımda olan insan mənim tələblərimi də qarşılamalıdır”.

Müğənni qeyd edib ki, sevgisiz yaşaya bilmərəm:

“Məni sevən çoxdur. Amma etibarımı qazanan az insan ola bilər. Bəli, həyatımda yeni biri var, özümü çox xoşbəxt hiss edirəm. İndi ailə qurmaq üçün tələsmirəm”.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ