Şair Rəbiqə Nazimqızı erotik şeirini paylaşıb.
Xanım yazar paylaşımın əvvəlində "diqqət: 16+ yaşı olmayanların və ağlı 16 yaşından sonra inkişaf etməyənlərin oxuması qadağandır” bildirişini qeyd edib.
Həmin şeiri təqdim edirik:/orman.az
Mən səni istəyirəm.
Soruşma ki yəni nə.
Qucaqla sıx köksünə
Pıçıldayım səninəm.
Gülümsə, dodağından
Üzümə işıq düşsün.
Qaranlığın köynəyi
Yarıyadək sürüşsün
Saçımda parıldasın
Əllərinin sancağı
Tələsmə, asta-asta
Oyat bu utancağı…
Dadı başqadı başqa,
Çiyələk öpüşlərin.
Ah, məni asta-asta
Yeyəcək öpüşlərin
Düymələri sayıb aç,
Axırdan birinciyə
Aldat guya ömründə
Təkəm, həm birinciyəm
https://orman.az/wp-content/uploads/2019/02/rebiqe-273x300.jpg 273w" sizes="(max-width: 586px) 100vw, 586px" style="box-sizing: border-box; height: auto; max-width: 100%; vertical-align: middle;" />







