RU
Azərbaycanlı rejissor TMB-də işə düzəldi
12:17
649

Azərbaycanlı rejissor TMB-də işə düzəldi

Rejissor Nail Naiboğlu türkdilli ölkələrin musiqisini təbliğ edən Türk Müzik Birliyi (TMB) kanalının Azərbaycan üzrə baş prodüseri təyin olunub.

 

“Həmin telekanalda Azərbaycan müğənnilərinin klipinin hüquqları məndə olacaq. TMB-nin Bakıda ofisləri var. Bizim ifaçıların ekran işlərini toplayıb, daha sonra isə kanalda yayımlayırlar”.

Qeyd edək ki, TMB TV 2009-cu ilin dekabrında Bişkəkdə keçirilən TÜRKSOY sammiti çərçivəsində Mədəniyyət Nazirləri Şurasının qərarı ilə yaradılıb. O, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiyan, Ukrayna və Baltikyanı ölkələrin kabel operatorları tərəfindən yayımlanır. TMB-nin Bakı nümayəndəliyi 2012-ci ilin yanvarında açılıb. /axsam

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ