Rusiya Federasiyasının Mariy El Respublikasında azərbaycanlılar regional milli-mədəni muxtariyyət qurublar.
Bununla bağlı Oxu.Az Rusiya mətbuatına istinadən məlumat yayıb.
Yoşkar-Ola şəhərində keçirilən təsis konfransına Moskvadan Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətinin Prezidenti Mehriban Sadıqovanın başçılıq etdiyi nümayəndə heyəti qatılıb.
Regional milli-mədəni muxtariyyət Mariy El ilə Azərbaycan arasındakı iş və dostluq münasibətlərini gücləndirmək, eyni zamanda, iki ölkə universitetləri arasında tələbə mübadiləsini asanlaşdırmaq məqsədilə işlər görəcək.








