RU
19:18
409

"Azərsu" ASC-nin əməkdaşı vətəndaşa qarşı qanunsuzluq edir

"Azərsu" ASC-nin əməkdaşı vətəndaşa qarşı qanunsuzluq edir.

Qaynarinfo xəbər verir ki, vətəndaş İradə Ağayeva suya görə olan borcunu vaxtında ödədiyi halda, idarənin Binəqədi rayon üzrə nümayəndəsi Aqil Nəsibov hər dəfə su borusunu qəsdən və bilərək kəsir. 
 

Baş idərəyə olunan şikayətdən sonra suyun verilməsi bərpa edilsə də, yenidən vətəndaşa heç bir xəbərdarlıq edilmədən adıçəkilən şəxs eyni hərəkəti təkrarlayır. 

Şikayətçi bildirir ki, "Azərsu" əməkdaşı ona qarşı təhqiramiz ifadələr işlədir. İradə Ağayeva aidiyyatı orqanlardan Aqil Nəsibov barəsində lazimı tədbirlərin görülməsini xahiş edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ