RU
19:23
27

"AZR Business"in borcu iki dəfə artdı - 2 milyona çatdı

"AZR Business” Məhdud Məhsuliyyətli Cəmiyətinin vergi borcu son 3 ildə iki dəfədən çox artıb. 

Qaynarinfo-nun məlumatına görə, məmər-qranit istehsalı ilə məşğul olan şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.968.331,62 AZN-ə çatıb. 

 
Qeyd edək ki, 2023-cü ilin iyun ayında "AZR Business” MMC-nin  869 min 003 manat vergi boru olub. 

Onu da bildirək ki, 17.03.2021-dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Əliyev Hadı Əlifağa oğludur. 
Şirkət Laçın rayonu, Qayğı Qəsəbəsində Qum-çınqıl istehsalı sahəsi ilə də məşğuldur. Bir neçə ay əvvəl FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən sözügedən müəssisədə yoxlama aparılsa da, nəticələri barədə ictimaiətə məlumat verilməyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ