RU
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
12:00
24

Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi

Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.

7News.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyadlar şərtidir) hamilə olması müəyyənləşib.

Yetkinlik yaşına çatmayan qız hamiləliyin 6-cı ayında ölü döl doğub. Faktla bağlı polisə məlumat verilib. Nəticədə, 13 yaşlı qızla münasibətdə olan 18 yaşlı Camal Babayevə cinayət işi açılıb.

Məlum olub ki, Camal həmin qızın yaşadığı binanın həyətində meyvə-tərəvəz satışı ilə məşğul olub və onlar tanış olaraq münasibət qurublar.

Faktla bağlı toplanmış materiallar əsasında C.Babayevə Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri-14 yaşına çatmamış şəxsə qarşı) maddəsi ilə iş açılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə əməldə zorakılıq olmaması müəyyən edilib. C.Babayevin məcəllənin 152.2-ci, yəni 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə cəzalandırılmasına qərar verilib. Ona 4 il həbs cəzası verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ