Rusiyada bu gün Dövlət Dumasına seçkilərə start verilib.
7News.Az "Kommersant"a istinadən xəbər verir ki, seçkilərə ilk olaraq Kamçatka diyarında və Çukotkada start verilib.
Həmin ərazilərdə seçki məntəqələri sentyabrın 18-də yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə 18 sentyabr saat 00:00-da) açılıb.
Qeyd edək ki, Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına seçkilərdən əlavə, həm də regional və bələdiyyə seçkiləri keçirilir.








