Bakıda mənzildən 17 yaşlı oğlanın meyiti tapılıb.
Hadisə dünən saat 20 radələrində Nizami rayonu Özbəkistan küçəsində baş verib. 2007-ci il təvəllüdlü Elnur Elşən oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mənzildə aşkar edilib. Onun elektrik cərəyanı vurması nəticəsində ölməsi məlum olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.








