Nəsimi rayonu, A.Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verən qəzanın görüntüləri yayılıb.
7News.Az xəbər verir ki, gecə saatlarında minik avtomobili motosikletlə toqquşub.
Hadisə nəticəsində motosikletin sürücüsü 1991-ci il təvəllüdlü Quliyev Orxan Nazim oğlu xəsarət alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.








