Gediş-gəliş şlaqbaumla bağlanıb
Bakıda, Nizami Mall-ın yanındakı küçə şlaqbaumla bağlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto paylaşılıb. Fotodan da göründüyü kimi, küçənin girişinə quraşdırılmış şlaqbaum ancaq onu quraşdıran şəxsin icazəsi ilə işləyir. Bəlkə də keçəni "özəlləşdiriblər?"
Amma İnzibati Xətalar Məcəlləsinin 354-cü madddəsinə görə, bu cür hallar məsuliyyət tələb edir. Əgər bunu fiziki şəxs edibsə, 100 manat, hüquqi və ya vəzifəli şəxs edibsə 4000 manata qədər cəriməsi var.
7News.Az









