Bakıda mənzildə baş verən partlayışın təfərrüatı məlum olub.
7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsindəki üçotaqlı fərdi yaşayış evində baş verib.
Hadisəyə evin mətbəxində baş vermiş qazsızması səbəb olub. Evdə kirayə yaşayan 2006-cı il təvəllüdlü Məhrəngiz Məmmədova səhər saatlarında mətbəxdə işığı yandırarkən ani partlayış olub. Hadisə nəticəsində qadın və onun həyat yoldaşı 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, S.Rəhimovla M.Məmmədova yeni ailə həyatı qurublarmış. Onlar bir müddət əvvəl həmin evi kirayələyib və orada yaşamağa başlayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.








