RU
Bakıda oğul anasını ağacla döyərək xəstəxanalıq etdi
10:20
59

Bakıda oğul anasını ağacla döyərək xəstəxanalıq etdi

Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

7News.Az APAya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.

Oğlu onu ağac budağı ilə döyüb.

Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ