RU
Bakıda təzə tikilən obyektin qarşısındakı ağacları yox etdilər
13:59
266

Bakıda təzə tikilən obyektin qarşısındakı ağacları yox etdilər

"Gecə evə gəlirdim, həmişə keçdiyim yoldu. Yasamal parkı ilə üzbəüz, Lider Tv-in qarşısındakı yol, Bazarstore ile üzbəüz. Bu hasara alınmış tikilinin qarşısında, yolun-piyada səkisinin kənarında ən azı 8-10 şam ağacı vardı. Çünkü mən o yoldan çox istifadə edirəm və 2-3 gün öncə şəxsən o ağacların altında, işıqforun yanında dayanıb adam gözləmişəm. Gecə ilə kəsiblər, kötüklərinin də üstünə torpaq töküb ört basdır ediblər. Bu yeni tikili nədirsə, o ağaclardan görünmürdü, indi tam qarşısı açılıb”.

Bu sözləri feysbukda müğənni Şəhriyar İbrahimov yazıb. O bildirib ki, ağacları gecə saatında kəsiblər: "Mən bu şəhərdə yaşayan bir vətəndaş kimi, Bakı şəhərinin yaşıllığının məhv edilməsinə və bunun gecə ilə, gizli şəkildə edilməsinə qarşıyam. Bu şəkilləri, bu məlumatı şəxsən Cənab Prezident İlham Əliyevin rəsmi saytına göndərəcəm, Ekologiya Nazirliyinə göndərəcəm”.

Ş.İbrahimov ərazidən çəkdiyi fotoları da əlavə edib./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ