lombard

Bakıda uşaq poliklinikasında yanğın - YENİLƏNİB

Bakıda uşaq poliklinikasında yanğın - YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən uşaq poliklinikasında yanğın olduğuna dair məlumat yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) 7News.Az-a verilən məlumata görə, onlara yanğınla bağlı heç bir məlumat daxil olmayıb.

FHN-dən verilən məlumata görə isə sözügedən uşaq poliklinikasında yüngün tüstülənmə qeydə alınıb. Hadisə ilə bağlı müvafiq təhlükəsizlik tədbirlər görülüb. 

Könül Cəfərli

16:13

Bakıda yanğın hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 17 saylı uşaq poliklinikasında qeydə alınıb.

Məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi əraziyə yollanıb.

7News.Az

Xəbər lenti