Rusiyanın Ryazan vilayətinə PUA ilə hücum: 6 nəfər xəsarət alıb
7News.az xəbər verir ki, Rusiyanın Ryazan vilayətinə gecə saatlarında həyata keçirilən PUA hücumu nəticəsində altı nəfər xəsarət alıb və sənaye obyektlərində yanğınlar baş verib. Hava hücumundan müdafiə sistemləri 45 PUA-nı məhv etsə də, bəzi binalara ziyan dəyib və təhlükəsizlik məqsədilə logistika mərkəzi təxliyə edilib.