RU
Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ
11:44
338

Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ

Bu gün xüsusi karantin rejimi qaydaları qüvvəyə minir və Bakı şəhər ərazisində bir neçə

yerdə post qurulub. Postlarda xidmət aparan yol polisi əməkdaşları nəqliyyat vasitələrini

hərəkətini tənzimləyir, onların icazəsinin olub-olmamağı barədə yerindəcə araşdırma

aparılır.

Avtosfer.az-ın əməkdaşları da bu gün Bakı şəhər ərazisində yol polisini təşkil etdiyi

tədbirləri izləyib və müşahidələr aparıb. Belə qənaətə gəlmək olar ki, vətəndaşlarımızın

əksəriyyəti qoyulan qaydalara uyğun hərəkət edir və şəhərdə nəqliyyat vasitələrin sayında

xeyli azalma var. Hətta bəzi küçə və prospektlərdə 30 saniyədən bir dəqiqəyə qədər məsafədə

bir-iki avtomobil görmək mümkündür. Bu da qoyulan qaydalara sürücülərin yanaşmasını

göstərir.

Təəssüflər olsun ki, təxminən 5 saatlıq çəkiliş müddətində 20-ə yaxın qayda pozan sürücü də aşkarlandı və onlar barəsində inzibati protokol tərtib olundu. Çəkiliş zamanı icazəsiz sərnişin

daşıyan sürücülərə və karantin rejimi qaydalarından xəbərsiz sürücülərə də rast gəlinib.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a

bildirib ki, artıq məlum göstərişlə əlaqəli Bakı şəhərinin inzibati ərazisi bütövlükdə yol polisi

tərəfindən tam nəzarətə götürülüb. "Polis gücləndirilmiş iş saatında xidmətini davam etdirir.

Eyni zamanda Bakı şəhər üzrə yoxlama və buraxılma məntəqələrində hərəkətdə olan nəqliyyat vasitələrinin saxlanılır. Gün ərzində 500-dən artıq nəqliyyat vasitəsi yol polisləri tərəfindən

saxlanılıb və müvafiq olaraq qaydalara uyğun hərəkət etməyən 20 sürücü barəsində İnzibati

Xətalar Məcəlləsinin 211-ci maddənin tələblərinə uyğun protokol tərtib olunub.

 undefinedundefined

undefined

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ