RU
Bakıdan Şuşaya əlavə avtobus reysi açılacaq
17:00
86

Bakıdan Şuşaya əlavə avtobus reysi açılacaq

Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb.

Bu barədə 7NEWS.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.
Qeyd olunub ki, iyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edə biləcəklər. İyul ayına olan biletlər iyunun 27-i, saat 15:00-da satışa çıxarılacaq.
 
 7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ