"BakuBus" MMC sərnişinin həyatını xilas edən sürücünü mükafatlandırıb.
7News.az xəbər verir ki, Oqtay Novruzovun şəkili "BakuBus" MMC-nin Təlim Mərkəzinin binasının üzərinə vurub.
«İctimai nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yüksək peşəkarlıq nümayiş etdirən sürücümüz, Novruzov Oqtay Şair oğlu sərnişinin həyatını xilas etməklə xüsusi diqqətə layiq olduğunu sübut etdi»,- «BakuBus» MMC-nin rəsmi «facebook» səhifəsində qeyd edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl "BakuBus" MMC-yə məxsus 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Oqtay Novruzov halı pisləşən sərnişinin həyatını xilas etmişdi.
Hadisə Tibilisi prospektində, "Chirag" plazanın qarşısında 09:15 radələrində baş verib. //missiya.az
7News.az








