lombard

Balakəndə narkobaron "Valiko Həsrət" tutuldu

Balakəndə narkobaron
Balakəndə "Valiko Həsrət” ləqəbli narkobaron saxlanılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

Daxil olmuş məlumat əsasında rayonun Mahmalar kənd sakini, 59 yaşlı Həsrət Abdurəhman oğlu Yekəyev rayonun Katex kəndi ərazisində saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı bir ədəd salafon torbada təmiz çəkisi 37, 129 qram narkotik vasitə hesab edilən heroin və bir qabda təmiz çəkisi 6,929 qram olan metamfetamin aşkar edilərək götürülüb.

Kriminal aləmdə "Valiko Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə üç dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
 

7News.Az

Xəbər lenti