Barselonada sərnişin avtobusu dərəyə yuvarlandı: 83 nəfər xəsarət alıb
7News.az xəbər verir ki, İspaniyanın Barselona şəhəri yaxınlığındakı Montseni Təbiət Parkı ərazisində, Foqars-de-Montklus (Fogars de Montclus) bölgəsində sərnişin avtobusu təxminən 20 metr dərinliyindəki yamaca yuvarlanıb. Kataloniya Tibbi Təcili Yardım Sisteminin (SEM) son məlumatlarına əsasən, 83 nəfərə tibbi yardım göstərilib. Onlardan 7-si ağır, 18-i orta dərəcəli, 58-i isə yüngül xəsarətlər alıb. Ölüm halı qeydə alınmayıb. Kataloniya regional polisi qəzanın səbəblərini araşdırmağa başlayıb.