7News.az xəbər verir ki, Rusiyada gənclər daha qabarıq yanaq sümüklərinə və daha kəskin üz cizgilərinə sahib olmaq məqsədilə üzlərinə çəkiclə vurmağa başlayıblar. "Bonesmashing" (sümük əzmə) adlanan bu təhlükəli tendensiya, əsasən 15-26 yaşlı gənclər arasında yayılıb. Məlumatlara görə, bu təcrübə nəticəsində 100-dən çox insan xəsarət alıb. Bəzi hallarda isə qanaxma və hissiyyat itkisi kimi hallar müşahidə olunub.








