RU
lombard
Baş infeksionist: “COVID-19 mövsümi xəstəliyə çevrilə bilər” - VİDEO
15:59
207

Baş infeksionist: “COVID-19 mövsümi xəstəliyə çevrilə bilər” - VİDEO

"Yüksək temperatur, öskürək, halsızlıq, nəfəs daralması - COVID-19, demək olar ki, hər ölkədə özünü yeni simptomlarla göstərir.

Mutasiyaya uğramış bu virus bəzən insanda heç bir əlamət olmadan da qeydə alına bilər. Əgər əvvəllər ancaq xəstə insanların qoruyucu maskalardan istifadəsi tövsiyə olunurdusa, indiki vəziyyətdə bu virusdan hamı qorunmalıdır". 

7News.Az xəbər verir ki, bu sözləri Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev "Baku TV”-yə müsahibəsində deyib.

O bildirib ki, yeni virusun soyuq havada daha çox yaşama ehtimalı var:

"Buna görə də, payızda yeni dalğa gözləniləndir. COVID-19-un mövsümi xəstəliyə çevrilməsi ehtimalı var". 

Baş infeksionist koronavirusa müqavimət göstərmək üçün insanlara spirtli içkilərdən və siqaretdən imtina etməyi tövsiyə edir: "Ən əsası isə, hər kəs sosial izolyasıya qaydalarına riayət etməlidir".

 

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ