RU
Bayden Belarusa qarşı sanksiyaların müddətini uzadıb
10:50
200

Bayden Belarusa qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Prezidenti Cozef Bayden Belarusa qarşı sanksiyaları bir il müddətinə uzadıb.

Bu barədə 7News.Az Ağ Evin saytına istinadən xəbər verir.

Birləşmiş Ştatların geniş iqtisadi məhdudlaşdırıcı tədbirləri 2020-ci ildə tətbiq olunub.

Ağ Evdə sanksiyaların tətbiqinə Belarusda hakimiyyət orqanlarının prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı qeyri-qanuni və repressiv fəaliyyəti, həmçinin siyasi müxalifətin aradan qaldırılması səbəb göstərilir. Bundan əlavə, ölkə hökuməti beynəlxalq mülki hava səyahətlərinə təhlükə yaratmaqda ittiham olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ