7NEWS.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Delaverdəki evində yeni məxfi sənədlər tapılıb. Bu üçüncü kəşfdəki sənədlər də Baydenin vitse-prezidentliyinə aiddir. Baydenin öz komandası tərəfindən aparılan axtarış nəticəsində kitabxanada olduğu deyilən 6 səhifəlik sənəd dərhal milli arxivə qaytarılıb. Bir müddətdir ABŞ siyasətini zəbt edən məxfi sənədlər məsələsi Baydenin 2024-cü il namizədliyini çətinləşdirib. Keçən avqustda FTB keçmiş prezident Donald Trampın Floridadakı evinə basqın edib və orada olduğu bilinən məxfi sənədləri ələ keçirib. Əməliyyatdan sonra Bayden Trampı "məsuliyyətsiz olmaqda” ittiham edib.
7NEWS.az








