RU
BDU-da Jurnalistika tələbələri imtahandan niyə kəsilib? - Cahangir Məmmədli danışdı
15:17
696

BDU-da Jurnalistika tələbələri imtahandan niyə kəsilib? - Cahangir Məmmədli danışdı

Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli tələbələrin qəsdən imtahanlardan kəsilməsi barədə mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
 
Açıqlama verən dekan xəbərlərin tamamilə əsassız olduğunu deyib:
 
"Politologiya bizim fakültənin fənni deyil. O imtahanları Politologiya kafedrası götürür və universitetdə imtahanlara müdaxilə etmək kimi bir mexanizm yoxdur.
Bu imtahanın Jurnalistika fakültəsinə heç bir dəxli yoxdur.Tam səmimiyyətimlə deyirəm ki, yayılan məlumatlar əsassızdır.Bu dərs kənardan gələn kafedranındır və imtahanları da o kafedra götürür.Heç kim imtahanlara qarışa bilməz”.
 
Politika.Az xatırladır ki, Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid dolu mesajlarının səs yazısının yayılmasından sonra 13 tələbə Politologiya fənnindən keçirilən imtahandan kəsilib.
 
Tələbələr bunun dekanlığın həmləsi olduğunu iddia edir: "28 nəfərlik qrupdan 13 nəfər eyni vaxtda imtahandan kəsilib. Halbuki uşaqların hamısı imtahana 40-45 ballag irib. Bu qədər balı olan tələbələrə imtahanda 10-12 bal yazılıb. Belə bir şey necə mümkündür ki?
 
Bundan başqa, imtahandan 14 nəfər kəsilsəydi, yenidən keçirilməli idi. Bilərək 13 nəfəri kəsiblər ki, təkrar imtahan keçirilməsin. Tələbələr növbəti semestrdə əziyyət çəksinlər.
 
Səs yazısı mətbuata ötürüldüyü üçün bizdən acıq çıxırlar. Bizə mesaj vermək istəyirlər ki, başınıza oyun açarıq. Kəsrlərin politologiya fənnində olmasıda mesajın bir hissəsidir. Hamısı düşünülüb”.//politika.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ