RU
Belçika
10:30
110

Belçika "meymun çiçəyi" xəstələri üçün 21 günlük karantin tətbiq edir

Belçika hakimiyyəti "meymun çiçəyi" xəstəliyinə yoluxanlar üçün 21 günlük karantin tətbiq etmək qərarına gəlib.

Bu barədə yerli "La Libre Belgique" qəzeti məlumat yayıb.

Qərar ölkədə xəstəliyə 3 yoluxma aşkar edildikdən sonra risk qiymətləndirmə qrupunun iclasından sonra qəbul edilib.

"Meymun çiçəyi" virusu aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində, eləcə də digər qitələrdə yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ