RU
17:30
576

"Belə getsə, uzağı 1 aydan sonra yardıma ehtiyacım olacaq" - Namiq Qaraçuxurludan yardımla bağlı PAYLAŞIM

Bütün dünyanı iflic vəziyyətinə salan koronavirusa qarşı mübarizə ölkəmizdə də davam etməkdədir. İnfeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan olunan yaşı 65-dən yuxarı və tənha yaşayan şəxslərə dəstək tədbirləri davam etdirilir. Bu dəstək tədbirlərinə bir sıra məşhurlar da qoşulur.

Belə ki, bəzi məşhurlar aksiya keçirərək dostları ilə birlikdə imkansız ailələrə sovqat aparırlar.

7News.Az xəbər verir ki, onların bu hərəkətini bəziləri alqışlasa da, dırnağarası başa düşüb tənqid atəşinə tutanlar da az deyil. Meyxanaçı Namiq Qaraçuxurlu da paylaşdığı postla məşhurların bu addımını təqdirəlayiq hesab edib:

"Salam əziz izləyicilərim. Bir çoxları "yardım edirsiniz ya yox” sualını mənə də ünvanlandığı üçün sevənlərimə bildirmək istəyirəm. Mən (baxmayaraq ki belə getsə uzağı 1 aydan sonra öz ehtiyacım ola bilər) imkanım daxilində tanıdığım imkansızlara yardım etmişəm, edirəm də. Sadəcə çəkib paylaşanları "özünüzü reklam edirsiz” deyərək təhqir edənlərin ucbatından çəkmirəm, paylaşmıram. Paylaşma cəsarətini özündə tapanlara isə "tam doğrusunu edirsiniz” demək istəyirəm. İnsanlarımızın sosial şəbəkələrdə aqressiv olmasını da real qəbul edirəm. Vəziyyəti acınacaqlı olan saysız-hesabsız vətəndaşlarımız var. Bu çətin günlərdə Allah millətimizə, dövlətimizə kömək olsun".

İzləyicilər fotonu bəyənərək şərhlər yazıblar.

Sözügedən fotonu təqdim edirik:



 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ