RU
Bengünün toyunda Sərdarın hər kəsi güldürəcək çıxışı - Video
11:40
382

Bengünün toyunda Sərdarın hər kəsi güldürəcək çıxışı - Video

Müğənni Sərdar Ortaç ötən gün həmkarı Büngünün və nişanlısı Səlim Selimoğlunun toyunda iştirak edib.

 
7News.Az xəbər verir ki, ifaçı gecədə maraqlı çıxışı ilə yadda qalıb.

Səhnəyə mahnı oxumağa çıxan Sərdar öncə cütlüyə məsləhət verib:

"Gözəl evliliyiniz olsun. Bir-birinizə hirslənəndə, qısqananda sadəcə nəfəs alın. Sabahı gün hər şey yaddan çıxacaq. Mənimki (həyat yoldaşını, model Xloe Louqnanı göstərir) elə edir. Çünki onu hirsləndirəcək addımlar atıram. Selim də edəcək".

Ortaç ən yaralı yeri olan uşaq məsələsinə də toxunub. O, Bengü və Selimə üzünü tutaraq "Sizin uşağınızın mənimkindən tez olması da dəqiqdir" deyib. 

Sənətçinin bu sözlərinə gecədə iştirak edən qonaqlar gülsə də, amma xanımı sərt reaksiya verib. 

Qeyd edək ki, Sərdar çoxdan ata olmaq istədiyini desə də, amma Xloe işləri ilə əlaqədar vaxtı uzadır. 

7News.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ