İsveçdən istirahətdən qayıdan Beren Saat və Kənan Doğulu cütlüyü hava limanında görüntülənib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın əlil arabasında olması diqqətdən qaçmayıb.
Saat jurnalistlərə açıqlamasında ayağının topuq hissədən burxulduğunu, lakin hazırda özünü yaxşı hiss etdiyini deyib.
Müğənni isə həyat yoldaşının görüntülənməməsi üçün əli ilə çəkilişi əngəlləməyə çalışıb və sualları cavabsız buraxıb.









