Berlində polis qüvvələrinə məxsus məhv ediləcək bombaların saxlandığı anbarda partlayış baş verib. Partlayışdan sonra başlayan yanğın Qrunevald meşəsinə keçib.
7NEWS.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində Qrunevald meşəsində polis anbarında baş verən partlayışdan sonra yanğın baş verib. Berlin yanğınsöndürmə idarəsindən verilən açıqlamada, polisin bombaları məhv etmək üçün saxladığı anbarda baş verən partlayışdan sonra səhər saatlarında başlayan yanğının bitişik Qrunevald meşəsinə keçdiyi bildirilib.
7NEWS.az








