RU
Bəşər Əsədin əmisi oğluna ölüm cəzası verildi - (Foto)
19:13
26

Bəşər Əsədin əmisi oğluna ölüm cəzası verildi - (Foto)

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd ağır cinayətlərdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, qərar Dəməşq Cinayət Məhkəməsi tərəfindən çıxarılıb.

Məhkəmə Vasim Əsədin vətəndaş müharibəsi zamanı Suriyanın Homs əyalətində dinc sakinlərin öldürülməsi və işgəncələrə məruz qalmasında iştirak etdiyini müəyyən edib.

O, həmçinin Dəməşqin şərqində yerləşən Şərqi Quta bölgəsində mülki əhaliyə qarşı törədilən cinayətlərdə təqsirli bilinib. Sözügedən ərazi müharibə illərində uzunmüddətli mühasirələr və ağır döyüşlərlə yadda qalıb.

Məhkəmənin qərarına əsasən, Vasim Əsəd bəşəriyyətə qarşı cinayətlərdə təqsirli hesab olunaraq ölüm cəzasına məhkum edilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ