`Ərdoğana dəstək oldum`

`Ərdoğana dəstək oldum`

“Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir”.

7News.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

Vladimir Putin Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Ərdoğana ilk zəng edən və dəstək olan dünya liderlərindən biri olduğunu bildirib: 

“Biz dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq. Türkiyədə çox çətin daxili siyasi vəziyyətə baxmayaraq, sizin bu səfəriniz hamımızın dialoqun bərpasına başlamaqda maraqlı olduğunu, Türkiyə və Rusiya xalqlarının maraqları naminə əlaqələrin bərpasının istədiyimizi göstərir”.

O, iki ölkə arasında münasibətlərin ötən ilin noyabrında Rusiya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ən aşağı səviyyəyə düşdüyünü deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Rusiyanın Türkiyə ilə əməkdaşlığı regiondakı bir çox problemin həllinə öz töhfəsini verəcək. 

`Atdığımız və atacağımız addımlar daha geniş mərhələyə keçəcək. Masa üzərində ikitərəfli əlaqələrə dair bir sıra mövzular var. Bölgədəki bəzi məsələrə dair bizim mövqeyimizlə bağlı gözləntilər mövcuddur. Bizim əməkdaşlığımız regionda bir çox problemlərin həllinə kömək edəcək`.

Türkiyə Prezidenti qeyd edib ki, Ankara hərbi çevrilişə cəhd zamanı Rusiyanın dəstəyini yüksək qiymətləndirir

Xəbər lenti