RU
Beyləqanda bir nəfər kanalda batıb
13:04
17

Beyləqanda bir nəfər kanalda batıb

Qarabağ kanalında bir nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ