RU
13:36
472

"Bir qızın bu mahnını oxuyub fırlanması ..." - SƏRT AÇIQLAMA - FOTO

Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında "Vüqar Səda" ləqəbli Vüqar Abdullayevin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasını ("Kazbek") sərt tənqid edənlərdən olub.

7News.Az xəbər verir ki, prodüser bunun ictimailəşdirilməsinin tərəfdarı olmadığını qeyd edib.

Tolik hətta efirdə çılpaq qızların əxlaqsız videolarından da danışıb:

 

"Cavanlarımızın tələbatı olan mahnılar var ki, ictimaiyyətin qınağına çevrilirlər. Hətta dünənləri DİN-in əməkdaşları "Kazbek" mahnısının ifaçısını saxladılar. Gündə sosial şəbəkələrdə yeni proqramlar çıxır, "Tik Tok" nə bilim nə. Mən başa düşürəm ki, xanımlar bunu niyə edirlər, maraq üçün. Mən burada ağıllılıq etmirəm. Mənim də iki bacım var. Heç vaxt heç kimin balasını qınamıram, o fikirdə də deyiləm. Amma bir qızın bu mahnını oxuyub fırlanması "Başına dolanım"... Bu qız başa düşməlidir ki, onun uzaq qohumu da olsa, görə bilər onu. Belə şeylərə bir az diqqət yetirin. 

Dünənki hadisəyə görə də o qızları bir yandan qınadım, bir yandan qınamadım. Onlar da orada bir mahnı ifa edirdilər. O mahnılar ictimaiyyətdə qınaq obyektinə çevrilir. Elə düşünürəm ki, dövlət tərəfindən onlara qadağa qoyulmalıdır. Çünki balaca uşaq bilmir nəşə nədir, kazbek nədir. O, istər-istəməz gedib onunla maraqlanacaq".

Qeyd edək ki, Vüqar dünən Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı "Belamurkanal" papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ