RU
Bloqerlərimizin toyuna getdiyi bəy saxlanıldı (Foto)
17:20
17

Bloqerlərimizin toyuna getdiyi bəy saxlanıldı (Foto)

Türkiyəli fenomen Çağla Özün Vanlı Kara Haydar ilə toyundan sonra maraqlı hadisə yaşanıb.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bloqerlər Arifə Məmmədova (baylarsoylar) və Fidan Zeynin də iştirak etdiyi toy mərasiminin ardından Kara Haydar polis bölməsinə aparılıb.

Məlumata görə, Van Cümhuriyyət Prokurorluğu sosial media paylaşımları ilə bağlı araşdırma başladıb. Kara Haydarın dövlətin mühafizə orqanlarını və qurumlarını aşağılamaqda ittiham olunduğu bildirilir.

İddialara əsasən, Kara Haydar səhərə yaxın, saat 03:00 radələrində yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanılıb.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ