RU
BMT bu ölkədə məhkumların işgəncəyə məruz qaldığını açıqladı
00:00
178

BMT bu ölkədə məhkumların işgəncəyə məruz qaldığını açıqladı

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası bu ölkənin həbsxanalarında məhkumların işgəncə və pis rəftara məruz qaldığını açıqlayıb.

"Qafqazinfo”nun xəbərinə görə, missiyanın yaydığı məlumatda Əfqanıstan həbsxanalarında məhkumların hüquqi problemlərinin gözməzlikdən gəlindiyini bəyan edib.

Missiya əfqan hökumətinin nəzarətindəki 63 həbsxanada məkhumluq həyatı yaşayan dustaqlarla görüşüb. Yekun hesabatda məhkumların işgəncə və pis rəftara məruz qalması qeyd olunub.

Bildirilib ki, işgəncənin davam etməsi narahatlıq doğurur.

"Taliban”ın nəzarətindəki həbsxanalarda hökm sürən vəziyyət isə naməlumdur.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ