RU
Bolqarıstanda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub, ölənlər var
17:30
240

Bolqarıstanda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub, ölənlər var

Bolqarıstanın Sliven şəhərindəki xəstəxananın COVID-19 şöbəsində yanğın baş verib.

7NEWS.Az bu barədə TASS-a istinadən xəbər verir.

Məlum olub ki, yanğın xəstəxananın 4-cü mərtəbəsində qeydə alınıb. Hadisə baş verən otaqda 3 xəstənin yanmış meyiti tapılıb.

Qalan xəstələr dərhal şöbədən təxliyə edilib.

Yanğının səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ