RU
Braziliyada itkin düşən britaniyalı jurnalistlərin cəsədi tapıldı
20:10
189

Braziliyada itkin düşən britaniyalı jurnalistlərin cəsədi tapıldı

Braziliyada araşdırma aparan 57 yaşlı britaniyalı jurnalist Dom Filips və tədqiqatçı Bruno Pereyra keçən həftə Amazonas əyalətinin Javari bölgəsində yoxa çıxıblar və onlardan xəbər alınmayıb.

Bölgədə günlərlə davam edən axtarış-xilasetmə işlərindən sonra bu gün itkin düşən iki nəfərin cəsədi tapılıb.

Səlahiyyətlilər Filips və Pereyranın cəsədlərinin hələ də məhkəmə-tibbi araşdırmalardan keçmədiyini bildiriblər.

Bundan əlavə, polis araşdırma aparmaq üçün bölgəyə gedən Filips və Pereyra itkin düşmədən günlər əvvəl təhdidlər aldığını bildirib./yenisabah
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ