RU
Braziliyada təyyarə qəzası: 3 nəfər öldü
19:09
11

Braziliyada təyyarə qəzası: 3 nəfər öldü

Braziliyada kiçik təyyarə qəzaya uğrayıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzi-qərb hissəsində yerləşən Mato Qrosso ştatının Agua Boa şəhərinin kənd ərazisində baş verib.

Məlumata görə, şəhər mərkəzindən təxminən 18 kilometr, ştatın paytaxtı Kuyabadan isə 730 kilometr məsafədə qəzaya uğrayan kiçik təyyarə zərbənin təsirindən alovlanaraq tamamilə yanıb.

Hadisə yerli vaxtla saat 08:50 radələrində baş verib. Əraziyə cəlb olunan yanğınsöndürənlər alovu söndürmək üçün təxminən 4 min litr sudan istifadə ediblər.

Qəza yerində aparılan işlər zamanı təyyarənin tamamilə yanmış qalıqları arasında 3 nəfərin meyiti aşkarlanıb. Onların cəsədləri şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məhkəmə-tibbi ekspertizanın aparılması üçün aidiyyəti quruma təhvil verilib.

Təyyarənin haradan qalxdığı və hara uçduğu barədə hələlik məlumat açıqlanmayıb. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ