RU
Britaniya müttəfiqlərini qışa qədər Ukraynanın HHM sistemlərini gücləndirməyə çağırıb
10:50
20

Britaniya müttəfiqlərini qışa qədər Ukraynanın HHM sistemlərini gücləndirməyə çağırıb

Böyük Britaniyanın müdafiə naziri Ves Stritinq müttəfiqləri qışdan əvvəl Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünü artırmağa çağırıb.

Bu barədə "Sunday Times" məlumat yayıb.

Stritinq qəzetdə dərc olunan məqaləsində Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin və Rusiya tərəfindən həyata keçirilən hava hücumlarından qorunmaq üçün kifayət qədər raket ehtiyatının təmin edilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın tərəfdaşları qış dövrünə qədər ölkənin hava hücumundan müdafiə sistemlərinin hazırlığını təmin etmək üçün indidən hərəkətə keçməlidirlər.

Britaniya müdafiə naziri bildirib ki, Londonun lazımi resursları təqdim edə bildiyi hallarda bunu edəcək. Onun sözlərinə görə, Britaniyanın imkanlarının çatmadığı məsələlərdə isə müttəfiqlərin lazımi imkanları səfərbər etməsi üçün çalışacaq.

Stritinq qeyd edib ki, Ukrayna lazımi vasitələri qış başlamazdan əvvəl əldə etməlidir. Onun sözlərinə görə, bu dövrdə Rusiyanın infrastruktura zərbələri və digər hava hücumları Ukraynanın hava hücumundan müdafiə sistemlərinə əlavə yük yarada bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ