Belçikanın paytaxtı Brüsselin Molenbek kommunasında bıçaqlı şəxs "Qərb vağzalı” metrostansiyasında sərnişinlərə hücum edib.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, hücum nəticəsində yaralıların olduğu bildirilir. Polis bıçaqlı şəxsi zərərsizləşdirib.
Qeyd edək ki, Molenbekdə əsasən Yaxın Şərq və Afrika ölkələrindən mühacirlər yaşayır.
7NEWS.Az







