RU
Bu da yeni 100 manat - VİDEO
13:10
33

Bu da yeni 100 manat - VİDEO

Azərbaycanda gələn aydan yenilənmiş 100 manatlar istifadəyə veriləcək.

Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Flow Prime" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi) var.

Yeni 100 manatlarda görmə qüsuru olan şəxslər üçün xüsusi qabarıq xətlər də yerləşdirilib. Əsginasın hər iki kənarında yerləşən bu xətlərə toxunmaqla onun nominalını və həqiqiliyini müəyyən etmək mümkün olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ