RU
Rusiyada
13:50
26

Rusiyada "Crocus City Hall" terrorçuları ayrı-ayrı regionlardakı koloniyalara paylanılıblar

"Crocus City Hall" konsert zalında baş vermiş terror aktı ilə bağlı işdə ömürlük həbs cəzasına məhkum edilənlərin hamısı müxtəlif regionlardakı koloniyalara paylanıb.

Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.

"Əksər iştirakçılar müxtəlif regionlardakı koloniyalara göndəriliblər. Moskva istintaq təcridxanalarında hələlik ömürlük həbs cəzası almamış məhkumlar qalıblar", - deyə agentliyin həmsöhbəti deyib.

Qeyd edək ki, 2024-cü ilin martında Krasnoqorskdakı (Moskva vilayəti, Rusiya) "Crocus City Hall" konsert zalında dörd nəfər odlu silahdan ziyarətçiləri güllələyərək terror aktı törədib və zalı yandırıb.

Baş Prokurorluğun məlumatına görə, təqribən 150 nəfər həlak olub, 336 nəfər xəsarət alıb. Terror aktından sonra cinayətkarlar Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətində saxlanılaraq Moskvaya gətiriliblər. Konsert zalına hücumun 15 iştirakçısı daha sonra müəyyən olunub.

Martın 12-də məhkəmə iş üzrə hökm elan edilib. Terror aktının icraçıları və onların 11 köməkçisi ömürlük azadlıqdan məhrumetmə cəzasına, daha dörd köməkçi isə 19 il 11 aydan 22.5 ilədək koloniya cəzasına məhkum ediliblər. Zərərçəkənlərin və məhkumların vəkilləri hökmdən apellyasiya qaydasında şikayət ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ