RU
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər
12:00
23

NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər

NATO liderlərinin növbəti sammitində müzakirə olunacaq əsas məsələlərdən biri də Ukraynaya hərbi yardımla bağlı olacaq.

Bu barədə "Politico" nəşri NATO diplomatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, NATO ölkələri Ukraynaya 70 milyard avro dəyərində yeni hərbi yardımın ayrılması imkanını nəzərdən keçirir və bu yardımın gələn ay alyansın Ankarada keçiriləcək sammiti zamanı açıqlanması planlaşdırılır.

NATO-nun dörd diplomatı bildirib ki, Almaniyanın ötən ay verdiyi təklif Ukraynanın maliyyələşdirilməsində şəffaflığı artırmaq üçün yeni bir mexanizmi əhatə edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ