Bu gün xalq artisti Faiq Ağayev üçün 2 qat əlamətdar gündür.
Xalq artistinin 7News.Az-a verdiyi məlumata görə, Azərbaycan Milli Dirçəliş günü ilə yanaşı o ikinci bir bayramını qeyd edir.
Belə ki, bu gün Faiq Ağayevin yaradıcılığının 27-ci il dönümüdür.
Bununla bağlı sosial şəbəkədə də məlumat verən xalq artisti ürək sözlərini sevənləri ilə bölüşüb: "Şükr Yaradana! Nə yaxşı ki, bu səadəti mənə nəsib etdi! Nə yaxşı ki, varımsız - Sənətim, Səhnəm, Tamaşaçılarım! Yaradıcılığımın 27 yaşı tamam oldu. Məni sevməkdə davam edin!"








