RU
Bu gün tanınmış aparıcının toyudur
11:57
1332

Bu gün tanınmış aparıcının toyudur

Bu gün tanınmış teleaparıcı Saleh Bağırovun toyudur.

7News.Az-ın məlumatına görə, tanınmış aparıcı bu gün ailə həyatı qurur.

Məşhur şadlıq saraylarından birində baş tutacaq toy mərasimində tanınmış simalar da yer alacaq.

Qeyd edək ki, Saleh Ramiz oğlu Bağırov 10 mart 1981-ci ildə Bakıda anadan olub. 1986-cı ildə Səbail rayonundakı 132 saylı orta məktəbin birinci sinfinə  daxil olur, 1997-ci ildə həmən məktəbi bitirir. 
Həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olur. O, 2001-ci ildə universitetin bokalavr üzrə tam kursunu bitirib. Sonra isə ikiillik magistratura şöbəsinə qəbul edilib.
 
Saleh Bağırov 25 sentyabr 2001-ci ildə Akademik Milli Dram Teatrına aktyor götürülüb. Gənc aktyor qocaman kollektivdə illərin ardıcıllığı ilə...
 
Səməd bəy. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə.
Qəzetsatan və Kommunist. “Hərənin öz payı”, Xeyrəddin Qoca.
Aktyor. “Hamlet”, Vilyam Şekspir.
Birinci çapar. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə.
Tələbə. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu) rollarını çıxış etmişdir.
 
Hal-hazırda İTV-də "Yeni Gün" verlişinin aparıcısıdır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ