RU
“Bu, həm də yeni iş yerlərinin açılması və büdcə gəlirlərinin artması deməkdir...” - DEPUTAT
18:44
26

“Bu, həm də yeni iş yerlərinin açılması və büdcə gəlirlərinin artması deməkdir...” - DEPUTAT

"Prezident İlham Əliyevin "Dağ - mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki çıxışı ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirdi. Eyni zamanda məlum müşavirə heç şübhəsiz ki, yaxın perspektivdə ölkə sənayesinin digər sahələrində də ciddi canlanmaya və tərəqqiyə səbəb olacaq.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib.

"Təbii, prosesin gedişatı və proqramın icrası mərhələ - mərhələ olacaq, ilkin etapda 2027-2030 - cu illəri əhatə edəcək və bu proqram nəticəsində 5000 -dən çox yeni iş yerləri yaradılacaq, Üstəlik, paralel olaraq Qarabağ və Şərqi Zəngəzurda məşğulluq artacaq və məlum icraat büdcə gəlirlərinə ciddi bir şəkildə öz müsbət təsirini göstərəcək. ,

Ölkə Prezidentinin uzaqgörən siyasəti sayəsində Azərbaycan qeyri - neft sektorunda daha bir strateji sahədə: dağ - mədən və metallurgiya sənayesində güclü inkişaf mərhələsinə qədəm qoyur! " – deyə Partiya sədri fikirlərinə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ