2021-cu ilin yanvar-iyul aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun "ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 218,2 mln. manat təşkil edib.
7NEWS.Az-in Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb, daxilolmalar üzrə proqnoz 110,8% və ya 215,7 mln. manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% artaraq 1 386 mln. manat təşkil edib, proqnoz 113,8% icra olunub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 76,4 mln. manat olub, proqnoz 110,5% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16% artaraq 55,3 mln. manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,9% icra olunub.
7NEWS.Az








